“JPMorgan” qızılın qiymətinin bu il 2500 dollara çatacağını gözləyir | Banco.az

“JPMorgan” qızılın qiymətinin bu il 2500 dollara çatacağını gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“JPMorgan”ın Qlobal Əmtəə Tədqiqatları Departamentinin rəhbəri qızılın qiymətinin bu il 2500 dollara çatacağını gözləyir.

Banco.az xəbər verir ki, qızılın qiyməti “JPMorgan”ın Qlobal Əmtəə Tədqiqatları Departamentinin rəhbəri Nataşa Kanevanın sözlərinə görə, bu il 2500 dollara qədər bahalaşa bilər.

Nataşa Kaneva müsahibələrinin birində qeyd edib ki, cümə günü qızıl külçəsinin 2,195,15 dollara qədər bahalaşaraq bu vaxta qədərki pik həddə çatmasından sonra artım dinamikasının davam edəcəyini gözləyirlər.

"Biz inanırıq ki, 2500 dollar yüksək ehtimaldır, çünki bazar həddindən artıq həyəcanlanmağa meyllidir", o qeyd edib.

Onun sözlərinə görə, qiymət hədəfinə çatmaq üçün inflyasiyanın və iş yerlərinin sayının mülayimləşməyə davam etdiyi və Fed-in faktiki olaraq faizləri aşağı salması ilə bağlı təsdiqə ehtiyac var.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et