İyulda bank sektorunda çalışanların sayı artıb | Banco.az

İyulda bank sektorunda çalışanların sayı artıb

2017-ci ilin avqust ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 123 nəfər təşkil edib.

Rəqəmlərin təhlili göstərir ki, iyulda bank sektorunda çalışanların sayı 28 nəfər artıb. Belə ki, iyun ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 095 nəfər olub.

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə, bu ilin 7 ayında bank sektorunu 824 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et