İtaliyanın ən qədim qəhvəxanası “Caffe Barbera” bitcoin qəbul edir | Banco.az

İtaliyanın ən qədim qəhvəxanası “Caffe Barbera” bitcoin qəbul edir

İtaliyanın ən qədim qəhvəxana şəbəkəsi hesab edilən Caffè Barbera bitcoin qəbul etməyə başladı. Əsası 1870-ci ildə qoyulan Caffe Barbera özünün 150 illik yubileyini mövcud rəqəmsal inqilabla qoşulmaqla qeyd etmək istəyib və rəsmi olaraq Caffebarberashop.com veb saytından kripto ödənişləri qəbul etdiyini elan edib. Caffe Barbera üçün bu dördüncü nəsil ödəniş valyutasıdır: əvvəlcə ödənişlər İtaliya Krallığının lirasında, sonra Respublika lirasında, daha sonra avroda və indi kriptovayutada. Ödəniş vasitəsi kimi bitcoin (BTC), ethereum (ETH) və ripple (XRP) mümkün olacaq.

Caffe Barbera 1870-ci ildə İtaliyada “kofe sehirbazı” kimi tanınan Domenico Barbera tərəfindən Neapolda yaradılıb. Hazırda Caffe Barbera dünyanın 55 ölkəsində fəaliyyət göstərir.

kriptoinvest.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et