İtaliya enerji böhranı ilə mübarizə üçün 15 milyard avro xərcləyəcək | Banco.az

İtaliya enerji böhranı ilə mübarizə üçün 15 milyard avro xərcləyəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

İtaliya hökuməti enerji böhranının əhaliyə təsirini azaltmaq üçün addım atıb.

Banco.az xəbər verir ki, İtaliya enerji xərclərinin şirkətlərə və ev təsərrüfatlarına təsirini azaltmaq üçün ən azı 15 milyard avro xərcləyəcək.

İtaliya hökumətinə yaxın mənbələrə görə, hökumət enerji xərclərinin şirkətlər və ev təsərrüfatlarına təsirini azaltmaq üçün 2023-cü il büdcəsindən ən azı 15 milyard avro ayırmağı planlaşdırır.

Qeyd edək ki, Meloni hökuməti Dragi hökumətinin sentyabrda 3,4 faiz olaraq təyin etdiyi büdcə kəsiri hədəfini ÜDM-in 4,5 faizinə çatdırmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et