İsveçrənin ən böyük bankı keçmiş rəhbərini vəzifəyə geri çağırıb | Banco.az

İsveçrənin ən böyük bankı keçmiş rəhbərini vəzifəyə geri çağırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Norveçin enerji şirkəti “DNO” Şimali İraqda neft hasilatını dayandırmağa başlayıb.

Banco.az xəbər verir ki, İsveçrənin ən böyük bankı “UBS” rəqibi “Credit Suisse”nin dövlət yardımı ilə təcili satın alınmasından bir həftə yarım sonra keçmiş baş direktor Serxio Ermottinin vəzifəyə qayıdacağını açıqlayıb.

Bankın bəyanatında deyilir ki, keçmiş baş direktoru Serxio Ermotti iki ildən bir qədər çox xidmət göstərən hazırki rəhbər Ralf Hamersi əvəz edəcək.

Bəyanatda UBS İdarə Heyətinin yeni çətinliklər qarşısında bu qərarı verdiyi vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Ermotti bankın aprelin 5-də keçiriləcək ümumi yığıncağından sonra doqquz illik keçmiş vəzifəsinə davam edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et