İstanbulda inflyasiyanın artım tempi davam edib | Banco.az

İstanbulda inflyasiyanın artım tempi davam edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay İstanbulda pərakəndə satış qiymətləri əvvəlki aya nəzərən 4,57, topdansatış qiymətləri isə 3,14 faiz artıb.

Banco.az xəbər verir ki, 2023-cü ilin aprel ayında İstanbulda pərakəndə qiymət hərəkətlərinin göstəricisi olan İstanbul Maaşlı İşçilərin Dolanışığı İndeksi əvvəlki ayla müqayisədə 4,57 faiz, topdansatış qiymət hərəkətlərini əks etdirən Topdansatış Qiymətləri indeksi isə 3,14 faiz artıb.

2023-cü ilin aprel ayında pərakəndə satış qiymətlərində əvvəlki aya görə; Geyim Xərclərində 29,04 faiz, Mədəniyyət, Təhsil və Əyləncə Xərclərində 11,97 faiz, Ərzaq Xərclərində 3,87 faiz, Məişət əşyaları Xərclərində 2,32 faiz, Mənzil Xərclərində 1,68 faiz artım olub. 

Daha sonra 1,32 faiz artımla Nəqliyyat və rabitə xərcləri, 0,64 faiz artımla Səhiyyə və fərdi qulluq xərcləri, 0,24 faizlə isə Digər xərclər gəlir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et