İşinizi asanlaşdıracaq 4 ən yaxşı Microsoft Office əlavəsi | Banco.az

İşinizi asanlaşdıracaq 4 ən yaxşı Microsoft Office əlavəsi

“Microsoft Office” bəlkə də gündəlik həyatımızda ən çox istifadə etdiyimiz tətbiqlərdən biridir. Bir çox insana tanış olan bu proqramların istifadəsini daha da asanlaşdıran bir çox əlavələr vardır, söz prosessorundan tutmuş e-poçt prosessoruna kimi bir çox insanın istifadə etdiyi bu tətbiqlərin istifadəsini sadələşdirən əlavələr mövcuddur. Ancaq bir çox istifadəçi bu əlavələrdən xəbərdar deyil. 

İstifadəçilərin “Microsoft Office”dən istifadə etmələrini daha da asanlaşdıran əlavələri sizə təqdim edirik.

 

Boomerang

Boomerang, Microsoft Outlook istifadə edən istifadəçilərin e-poçt göndərməsini olduqca asanlaşdıran bir əlavədi. Boomerang, Outlook-a bir çox xüsusiyyət əlavə edir. Məsələn, bir e-poçt mesajini gələcəkdə hər hansı bir tarixdə göndərmək üçün quraşdıra bilirsiniz, ya da siz əlavəni elə quraşdıra bilərsiniz ki, siz qeyd etdiyiniz saatda sizə e-poçt göndərməyiniz haqqında xəbərdarlıq siqnalı gələ bilər. Boomerang tətbiqini qısa müddətlik pulsuz istifadə edə bilərsiniz. Bəyəndiyiniz təqdirdə müəyyən ödəniş qarşılığında əlavəyə illik abunə ola bilərsiniz

Boomerang haqqında əlavə məlumatı BURADAN əldə edə bilərsiniz.

 

DocuSign

“DocuSign” “Word” və “Outlook” üçün mövcud olan sənədləri elektron şəkildə imzalamağa imkan verir. “DocuSign” ilə sənədləri elektron imzalayaraq göndərə bilərsiniz. Əlavə “Word” və “Outlook”un lent hissəsinə yerləşdirilir. Sənədi imzalamaq istədikdə, əlavəni lentdə asanlıqla əldə edib sənədi imzalayırsınız. Əlavəni pulsuz yükləyə və istifadə edə bilərsiniz.

DocuSign haqqında əlavə məlumatı BURADAN əldə edə bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

 

Shutterstock

Vizual dünyada ən vacib mənbələrdən biri olan Shutterstock tərəfindən yaradılmış bu əlavə vasitəsi ilə “PowerPoint” təqdimatlarına asanlıqla şəkillər əlavə etmək imkanı var. “Shutterstock” kitabxanasından təqdimatınıza uyğun şəkilləri rahatlıqla axtara və təqdimatınıza əlavə edə bilərsiniz. Siz bəyəndiyiniz şəkilləri pulsuz yoxlaya bilər və bəyəndikdən sonra müəyyən ödəniş qarşılığında onları ala bilərsiniz.

Shutterstock haqqında əlavə məlumatı BURADAN əldə edə bilərsiniz

 

Pickit

“PowerPoint” təqdimatlarınızı daha vizual bir hala gətirəcək digər bir əlavə isə “Pickit”dir. “Pickit” əlavəsi vasitəsi ilə yüzminlərlə şəkil və illüstrasiyalar arasından bəyəndiyinizi rahatlıqla seçib təqdimatınızda istifadə edə bilərsiniz. Bundan əlavə “Pickit”də mövcud olan müxtəlif “PowerPoint” təqdimat şablonlarını, dizayn nümunələrini də yükləyə bilərsiniz. Bu əlavəni 7 gün pulsuz istifadə etmək mümkündür. İstifadə müddətində hər hansı istifadə məhdudiyyəti yaranmır. Əlavənin istənilən xüsusiyyətindən heç bir məhdudiyyət olmadan istifadə edə bilirsiniz.

Pickit haqqında əlavə məlumatı BURADAN əldə edə bilərsiniz

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et