İSB-nin iştirakçılarının təqvim haqları artacaq | Banco.az

İSB-nin iştirakçılarının təqvim haqları artacaq

2020-ci il yanvarın 1-dən etibarən İcbari Sığorta Bürosunun üzvləri olan sığorta şirkətlərinin təqvim haqları artacaq.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin təsdiq etdiyi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunda nəzərdə tutulur. Bu barədə dövlət başçısının saytında məlumat verilir.

Dəyişikliklərə əsasən, təqvim haqları sığortaçının Büronun iştirakçı sığortaçılarının reyestrinə daxil edildiyi gündən başlayaraq, daxil olan sığorta haqlarının avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqavilələri üzrə 10%-i, digər icbari sığorta müqavilələri üzrə isə 5%-i həcmində ödənilir.

İcbari Sığorta Bürosu “İcbari sığortalar haqqında” qanun çərçivəsində yaradılıb və 2011-ci ilin dekabr ayında fəaliyyətə başlayıb. Büronun əsas funksiyası kompensasiya ödənişlərinin həyata keçirilməsi, vasitəsilə bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir.

16 sığorta şirkəti İSB-nin üzvüdür. Onlardan 13 şirkət avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə xidmət göstərmək hüququna malikdir.

marja

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç