İş yerində səmimiyyət vacibdirmi? | Banco.az

İş yerində səmimiyyət vacibdirmi?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Əgər hər hansı bir işdə menecersinizsə və ya gələcək karyera hədəfiniz bu istiqamətdədirsə o zaman işçi ilə münasibətlərdə bilməli olduğunuz vacib məqamlardan biri də səmimiyyət mövzusundadır.

Bu barəcə Banco.az-a  idarəetmə üzrə konsultant və təlimçi Şahin Qədimli maraqlı məlumatlar verib.

Ekspert hesab edir ki, idarəetmə ilə bağlı əksər məsələlərdə olduğu kimi, bu məsələdə də qızıl ortanı tapmaq lazımdır:

“Rəhbər və işçi arasında məsafə nə çox uzaq, nə çox yaxın olmalıdır. Optimal məsəfə o məsafədir ki, rəhbər işçiyə münasibətdə çəkinmədən istənilən idarəetmə alətləri tətbiq edə bilsin.

Komanda daxilində də mehribançılıq aşırı olmalı deyil. Burada da mehribançılıq və sağlam rəqabət arasında bir balans lazımdır. Çünki komanda çox mehriban olanda daxildə bir-birinə qarşı tələbkarlıq düşür, şəxsi maraqlar iş maraqlarından üstün tutulur, baş verən xətalar barədə rəhbərə çox zaman məlumat heç getmir”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et