İpoteka krediti verən banklar - SİYAHI | Banco.az

İpoteka krediti verən banklar - SİYAHI

Sön dövrlərdə bir çox bankların ipoteka kreditləri ilə bağlı cəlbedici təkliflərini görürük. Bəs, bu kreditləri bankların hansı filiallarından əldə etmək olar? Budəfəki araşdırmamız ipoteka kreditləri ilə bağlıdır. 

"Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditlərinin əsas şərtləri aşağıdakı kimidir. 

Şərtlər

İpoteka kreditləri

Güzəştli ipoteka kreditləri

Maksimal  məbləğ

150 000 AZN

100 000 AZN

Maksimal illik faiz dərəcəsi

8%

4%

Maksimal müddət

25 il

30 il

Minimal ilkin ödəniş

15%

10%

Bu cədvəl onu göstərir ki, bankların son dövrlərdə ipoteka kreditinin məbləğini artırmaqla bağlı reklam təklifləri məhz AİF-in müvafiq qərarından irəli gəlir. 

İpoteka fondunun vəsaiti hesabına verilən kreditlərini hansı banklardan əldə etmək olar?

Bu kreditləri aşağıdakı siyahıda qeyd olunan bankların göstərilmiş filiallarından əldə etmək mümkündür.

Qeyd etmək lazımdır ki, hal-hazırda bütün müvəkkil banklar, güzəştli ipoteka kreditləri üzrə limitini bitirib və güzəştli şərtlərlə kredit üçün heç bir müraciət qəbul olunmur. 

Bankın adı (müvəkkil kredit təşkilatı) 

 Filiallar

Yaşayış minimumu*

İlkin ödəniş faizi**

Adi Güzəştli

"Yapi Kredi Bank" QSC

Filiallar

155

30

30

"Xalq" Bankı ASC

Filiallar

155

30

30

"UniBank" KB ASC

Filiallar

155

20

20

"Turanbank" ASC

Filiallar

155

30

30

"Rabitəbank" ASC

Filiallar

155

30

30

"Kapital Bank" ASC

Filiallar

200

30

30

"Express Bank" ASC

Filiallar

155

20

20

Bank "BTB" ASC

Filiallar

155

20

30

"Nikoyl" ASC

Filiallar

155

15

15

"NBCBank" ASC

Filiallar

155

15

25

"GünayBank" ASC

Filiallar

155

25

25

"Bank Silk Way" ASC

Filiallar

155

25

30

"Bank Respublika" ASC

Filiallar

200

25

15

"Azər-Türk Bank" ASC

Filiallar

180

25

15

"AFB Bank" ASC

Filiallar

180

30

25

"Bank VTB (Azərbaycan)"

Filiallar

175

20

15

"Bank Avrasiya" ASC

Filiallar

155

15

15

"Muğanbank" ASC

Filiallar

160

30

30

"Bank of Baku" ASC

Filiallar

180

20

25

"AtaBank" ASC

Filiallar

180

30

30

"PAŞA Bank" ASC

Filiallar

180

30

30

"AGBank" ASC

Filiallar

170

25

15

Ən sərfəli kredit üçün müraciət et

*Yaşayış minimumu - Borcalanın (birgə borcalanın) və onun ailəsinin həyatı və fəaliyyəti ilə əlaqədar müntəzəm ödənişlərin hesablanması zamanı hər bir ailə üzvünün saxlanılması üçün xərc ölkə üzrə müəyyən olunmuş yaşayış minimumundan az götürülə bilməz. 2017-ci il üçün yaşayış minimumu ölkə üzrə 155 manat müəyyən edilmişdir. 

**İlkin ödəniş - Borcalanın yaşayış sahəsinin alınmasına yönəldilən şəxsi vəsaitidir. Ilkin ödəniş məbləği ümumi şərtlərlə verilən ipoteka kreditləri üzrə 15-25 faizdən, güzəştli ipoteka kreditləri üzrə isə 15 faizdən az olmamalıdır. 

DəmirBankda hal-hazırda adi ipoteka kreditlərinin verilişi üzrə də  limitlər bitdiyindən cədvəldə adı yer almayıb. 

Digər banklarda isə göstərilən filiallar üzrə adi ipoteka kreditlərinin əldə edilməsi mümkündür.

Güzəştli əsaslarla verilən ipoteka kreditləri üzrə limitlər isə artıq bitib və hələlik heç bir bank güzəştli ipoteka kreditləri təqdim etmir. 

Ən sərfəli krediti almaq üçün müraciət et