"iPhone"dakı "i" hərfinin mənası nədir? | Banco.az

"iPhone"dakı "i" hərfinin mənası nədir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

"iPhone"dakı simvolik "i" hərfi "iMac", "iPad" və "iPod" kimi digər "Apple" məhsulları ilə birlikdə illərdir istifadə edilir. Bəs "i" hərfi "Apple" cihazları üçün hansı mənanı ifadə edir?

İlk dəfə "i" hərfindən istifadəyə bu formada başlanıb:

"iPhone"dakı "i" ilk dəfə 1998-ci ildə "iMac" ilə birlikdə ortaya çıxıb. Belə ki, Stiv Cobs əvvəlcə bu cihazı "MacMan" adlandırmağı düşünürdü, lakin Ken Seqall ona cihazın internet mərkəzli xüsusiyyətlərini vurğulamaq üçün "iMac" adını təklif edib. Cobs isə onun fikri ilə razılaşıb və "Mac" "i" hərfindən istifadə edən ilk cihaz olub. 

Lakin "iPhone"dakı "i" hərfinin internetdən fərqli bir çox mənası da var: fərdi (individual), təlimatlandırmaq (instruct), məlumat vermək (inform) və ruhlandırmaq (inspire).

"iMac"ın uğurundan sonra "Apple" "iBook" və "iPod" kimi sonrakı məhsullarında "i" hərfini istifadə etməyə başladı və bu markanı daha da möhkəmləndirdi. Daha sonra 2007-ci ildə smartfon erasında inqilab edən "iPhone" ilə tanış olduq. "Apple" bu cihazlar üçün "Mobi" və ya "TriPod" kimi alternativ adları nəzərdən keçirsə də, interneti ifadə edən və indi marka ilə eyniləşdirilən "i" hərfindən istifadə edərək "iPhone" adında qərar verdi. 

Ən sərfəli kredit üçün müraciət et

Xülasə, "Apple" "iMac" ilə həyatımıza daxil olduqdan sonra "i" hərfi marka ilə o qədər eyniləşdi ki, internetə qoşulan digər cihazlarda da bu hərfi görməyə başladıq. Təbii ki, internetə qoşulan hər bir "Apple" cihazının adı "i" hərfi ilə başlamır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et