İoT-in üstünlük və riskləri nələrdir? | Banco.az

İoT-in üstünlük və riskləri nələrdir?

İoT-in (İnternet of things - Əşyaların interneti) həyatımızı asanlaşdırdığı və gətirdiyi yeni iş fürsətləri hamıya bəllidir. Bununla belə təhlükə və təhdidləri də görməzlikdən gələ bilmərik. 

Gələcək İoT'nin insanlara necə təsir edəcəyi ilə bağlı bir çox naməlumluğu saxlayır. Bu cihazlar bir çox insanın etdiyi bəzi təməl işlərin yerini alacağından, evdə və işdə fərqli bacarıqlar öyrənmək məcburiyyətində qalacaq. Buna nümunə olaraq, sürücüsüz vasitələri göstərmək mümkündür. Sürücüsüz vasitələr qulağa xoş gəlsə də, müvəffəqiyyətə çatması üçün texnologiyanın inkişaf etdirilməsi və bir çox dəyişikliyin edilməsi lazımdır. Məsələn, İoT texnologiyası hackerlərə nəqliyyat sensorları və trafik idarələrinin şəbəkəsinə virus yerləşdirməsinin nəticəsində tıxacların harada olduğu və buna bənzər məlumatları dəyişdirmə fürsəti verə bilər.

İoT-in insanlara gətirəcəyi üstünlükləri xəyal gücümüzlə paralel düşünə bilərik. Yəni, bu gün artıq yalnız fərdi kompüterlər, tablet və ağıllı telefonların internetə bağlı olduğu bir dünyada yaşamırıq. Bununla birlikdə çətirlər, soyuducular, saatlar və avtomobillər də içində olmaqla, çox dəyişik cihazların internetə bağlı hala gəldiyi bir dünyada yaşayırıq.

Araşdırma və konsaltinq firması Gartner'in araşdırmalarına görə, 2017-ci ilin sonunda dünyada təxminən 8,4 milyard İoT cihazı vardı. Şirkətin proqnozuna görə 2018-ci ilin sonunda isə onların sayı 11,2 milyarda çatmışdır.

Ən sərfəli kredit üçün müraciət et

İoT-da hansı təhlükələr var?

İoT-dakı cihazların demək olar ki, hamısı həmişə internetə bağlıdır. Bu səbəblə, hücum üçün hər zaman açıqdır. İnternet təhlükəsizliyi və mobil qurğularla əlaqəli problemlər hələ də çətin bir məsələdir. İnternetə bağlı modullar, həm cinayətkarların qurbanlarını passiv bir şəkildə təqib etməsinə imkan verir, həm də qurbanlarının şəxsi həyatlarına aktiv bir şəkildə müdaxilə edə bilmələrini təmin edir. Çünki bu obyektlərin çoxu uzaqdan idarə oluna bilər. Məsələn, cinayətkar uşaqları oyuncaqların içərisinə yerləşdirilmiş kameralar vasitəsilə izləyə və ya ağıllı televiziyada yerləşdirilən internet modulları vasitəsilə insanların hərəkətlərinə nəzarət edə bilər. Eyni şəkildə, internetə bağlı qapı kilidinə bağlanaraq bir insanın evinə giriş və ya çıxışına nəzarət edə bilər. Bu təhdidlərin əksəriyyəti cihazların hazırlanması zamanı gizlilik və təhlükəsizlik kimi məsələlərin nəzərə alınmaması ilə bağlıdır.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et