İnsanlar 2022-ci illə bağlı əsas hansı məsələlərə görə narahatdır? | Banco.az

İnsanlar 2022-ci illə bağlı əsas hansı məsələlərə görə narahatdır?

Tamara Mustafayeva, Banco.az

"Markets Live Global" araşdırma şirkətinin həyata keçirdiyi anket sorğusuna görə, dünya bazarlarının gələn il üçün əsas narahatlıq duyduğu məsələlər bəlli olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, təqribən 700 nəfərin iştirakı ilə baş tutan anket sorğusu 2022-ci ilin əsas narahatlıq doğuran gündəm mövzularının inflyasiya, koronavirus və geosiyasi gərginliklər olduğunu müəyyən edib.

İştirakçıların 30%-dən çoxu "2022-ci illə bağlı əsas narahatlıq duyduğunuz məsələ hansıdır" sualına "inflyasiya" cavabını verib. 25% iştirakçı isə koronavirus pandemiyasından, xüsusilə də, Omikron ştammının təsir gücündən narahat olduqlarını qeyd edib. Onlara görə, bu baxımdan əsas problem hökumətlərin tətbiq edə biləcəkləri yeni məhdudiyyətlər və ya mərkəzi bankların strategiya tənzimləmələridir.

Anket sorğusunda iştirak edənlərin təqribən 23%-i geosiyasi gərginliklər, 16%i isə müharibə və ya münaqişə riskini vurğulayıb. Bu baxımdan, ən böyük narahatlıq mənbəyi kimi Çin-Tayvan, Rusiya-Ukrayna arasındakı cari vəziyyət göstərilib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, anket nəticələrində tədarük zənciri üzrə çatışmazlıqlar və staqflyasiya (inflyasiya və işsizliyin eyni anda baş verməsi halı) riski də özünə yer tapıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et