İngiltərənin gələn həftə faiz artımı dövrünə son qoyacağı gözlənilir | Banco.az

İngiltərənin gələn həftə faiz artımı dövrünə son qoyacağı gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyanın növbəti həftə faiz artımı silsiləsini dayandıracağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, İngiltərə Bankının (BoE) (mərkəzi bank) mayın 11-də keçirəcəyi iclasda uçot dərəcəsini yenidən 25 baza bəndi artıraraq bununla da, bir il yarımdır ki, davam etdirdiyi monetar sərtləşdirmə dövrünə son qoyacağı düşünülür.

Kovid-19 pandemiyasından sonra qlobal iqtisadiyyatı təsiri altına alan yüksək inflyasiya ilə mübarizə çərçivəsində mərkəzi bankların həyata keçirdiyi faiz dərəcələrinin artırılması siyasəti 2021-ci ilin dekabr ayından etibarən BoE-də də davam edir.

Mərkəzi Bankın Pul Siyasəti Komitəsi 16 dekabr 2021-ci ildə ilk dəfə 0,10 faizlə o dövrə qədərki ən aşağı səviyyədə olan uçot dərəcəsini 15 baza bəndi artıraraq 0,25 faizə çatdırmışdı. Həmin tarixdən etibarən BoE faiz dərəcələrini ardıcıl 11 dəfə artıraraq uçot dərəcəsini hazırki göstərici olan 4,25 faizə çatdırıb.

Ən sərfəli kredit üçün müraciət et

İngiltərədə il yarımdır davam edən bu prosesin 1980-ci illərdən bəri qeydə alınan “ən böyük sərtləşdirmə dövrü” olduğu bildirilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et