İngiltərənin bankçılıq nəhəngi Türkiyənin inflyasiya proqnozunu artırıb | Banco.az

İngiltərənin bankçılıq nəhəngi Türkiyənin inflyasiya proqnozunu artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“HSBC” Türkiyənin inflyasiya proqnozunu artırıb.

Banco.az xəbər verir ki, seçkilərdən sonra siyasətdə böyük dəyişiklik nəzərdə tutmayan “HSBC” Türkiyə ilə bağlı proqnozlarını yenidən nəzərdən keçirib.

İngilis bankçılıq nəhənginin 14 mart tarixli qeydlərinə əsasən, Türkiyənin 2024-cü ilin sonuna inflyasiya proqnozu 47,9 faizdən 49,4 faizə yüksəldilib.

2025-ci il üçün inflyasiya proqnozu isə 29 faiz səviyyəsində dəyişməz qalıb.

Xatırladaq ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) son inflyasiya hesabatında 2024-cü il sonu proqnozu 36 faiz olaraq təyin olunmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “HSBC” ölkənin iqtisadi artım proqnozlarına da yenidən baxıb. Belə ki, 2024-cü il üçün artım proqnozu 2,5 faizdən 3,1 faizə yüksəldilib. 2025-ci il üçün proqnoz isə 3,5 faizdən 3,6 faizə yüksəldilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et