İngiltərədə mənzillərin qiyməti cüzi bahalaşıb | Banco.az

İngiltərədə mənzillərin qiyməti cüzi bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə mənzillərin qiyməti bu ay orta hesabla 14 funt sterlinq artım göstərib. 

Banco.az xəbər verir ki, Britaniyanın “Rightmove” daşınmaz əmlak şirkəti fevral ayında ölkədə orta mənzil qiymətinin əvvəlki ayla müqayisədə 14 funt sterlinq artaraq 362 min 452 funt sterlinqə çatdığını bildirib.

Mənzil qiymətlərinin illik artımı isə 6,3 faiz təşkil edib.

Şirkətin açıqlamasında mənzil qiymətlərindəki aylıq artımın 2001-ci ildən bəri fevral ayında görülən ən aşağı artım olduğu qeyd edilib.

Açıqlamada həmçinin ölkədə yaşayış dəyərinin bahalaşması və faiz dərəcələrinin artması səbəbindən məişət xərclərinin böyük ölçüdə təzyiqə məruz qaldığı vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et