İngiltərə Mərkəzi Bankından bankçılıqla bağlı yeni xəbərdarlıq | Banco.az

İngiltərə Mərkəzi Bankından bankçılıqla bağlı yeni xəbərdarlıq

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Bankı (BoE) maliyyə bazarlarında növbəti bumun korporativ kreditləşmə ilə bağlı ola biləcəyi barədə xəbərdarlıq edib.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BoE) Silikon Vadisi Bankı (SVB) və “Credit Suisse Group AG”nin maliyyə sektoru böhranından sonra ilk dəfə olaraq Böyük Britaniyanın maliyyə vəziyyətini rəsmi şəkildə qiymətləndirib.

Maliyyə Siyasəti Komitəsinin çərşənbə günü açıqladığı hesabatda mərkəzi bank maliyyə bazarlarında növbəti bumun korporativ kreditləşmə cəbhəsində ola biləcəyi barədə xəbərdarlıq edib.

Böyük Britaniyada bank sisteminin yaxşı kapitala və güclü likvidliyə malik olduğu vurğulanan hesabatda qeyri-bank maliyyəsi, hedcinq fondları və özəl kredit bazarlarında risklərin artdığı və bunların Krallığın maliyyə sabitliyi üçün risklər yarada biləcəyi qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et