İngiltərə beynəlxalq səyahət siyahısını yenilədi | Banco.az

İngiltərə beynəlxalq səyahət siyahısını yenilədi

Tamara Mustafayeva, Banco.az

İngiltərə Nəqliyyat Nazirliyi yeni növ koronavirus pandemiyası ilə mübarizə çərçivəsində yaradılan və "işıqfor sistemi" adlandırılmış beynəlxalq səyahət siyahısını yeniləyib.

Banco.az xarici mətbuata istinadla bildirir ki, İngiltərə ölkəyə qayıdarkən karantin rejiminin tətbiq edilmədiyi "yaşıl ölkələr" siyahısına Almaniya, Avstriya, Sloveniya, Slokaviya, Latviya, Ruminiya və Norveçi əlavə edib. Bu ölkələrdən İngiltərəyə gələsi şəxslərin yola düşməzdən əvvəl və çatdıqdan iki gün sonra PSR testi etdirməsi zərurəti isə qüvvədə qalacaq.

Bu siyahıya görə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Hindistan və Bəhreyn İngiltərəyə qayıtmalı olan İngiltərə vətəndaşları və burada yaşayış icazəsi olan şəxslərə oteldə karantin rejiminin tətbiq edildiyi "sarı siyahı"ya daxil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et