İngilis firmaları tənəzzül ehtimalına baxmayaraq, daha çox işə götürmə planlaşdırır | Banco.az

İngilis firmaları tənəzzül ehtimalına baxmayaraq, daha çox işə götürmə planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Əksər sorğular Böyük Britaniyada davamlı inflyasiya ilə bağlı yeni narahatlıqlar doğurur.

Banco.az xəbər verir ki, “Boston Consulting” şirkəti ölkədə biznes müəssisələrinin ümumi iqtisadi mənzərə ilə bağlı nikbin mövqeyə malik olduqlarını bildirir.

“Boston Consulting Group” (BCG) tərəfindən həyata keçirən anket sorğusu göstərir ki, böyük əksəriyyət Böyük Britaniya iqtisadiyyatı üçün tənəzzül proqnozlaşdırsa da, ölkədə fəaliyyət göstərən iş yerlərinin yalnız beşdə biri bu il işçi ixtisarına hazırlaşır.

BCG-nin İnkişaf Mərkəzinin keçirdiyi sorğuda iştirak edən 1500 biznes liderinin dörddə üçü iqtisadiyyatın 2023-cü ildə daralacağına inanır. Bununla belə, onların yalnız 20% işçi heyətini ixtisar etməyi planlaşdırır ki, bu da sözügedən dövrdə işçilərin sayını artırmağı planlaşdıran 29%-dən azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et