"İndi öz bisnesinə başlamağın tam vaxtıdır" | Banco.az

"İndi öz bisnesinə başlamağın tam vaxtıdır"

Biznesmen və “Dallas Mavericks” basketbol komandasının sahibi Mark Kyuban niyə indi öz işini qurmaq üçün münasib vaxt olduğunu izah edib.

“5-10 il sonra geriyə boylanıb bu dövrdə 30 uğurlu şirkətin bazara daxil olduğunu görəndə axı niyə onlardan biri siz olmadınız deyə fəryad qoparacaqsınız”, — Kyuban investor Arlan Hamiltona verdiyi müsahibədə vurğulayıb.

Kyuban izah edir ki, hal-hazırda insanlar iki düşərgəyə bölünüblər: bəziləri karantindən səylə çalışmaq üçün yararlanmaq istəyir, çünki indi daha çox vaxtları var, bəziləri isə vəziyyətin sabitləşəcəyi günə hazırlıqlı olmaq üçün istirahət etməyi və düşünməyi üstün tutur. Kyuban hər iki yanaşmanı qüsurlu hesab edir. Birinci tip insanlar, onun fikrincə, özlərini daha məhsuldar ola bilmədiklərinə görə qınayacaqlar, ikinci tip isə passiv şəkildə fikirləşdiyinə görə mükəmməl sayılmır.

Həmçinin oxu: Mark Kyuban: "Mən banan alaram, nəinki bitkoin"

Ən sərfəli kredit üçün müraciət et

Kyuban kiçik bir addım atmağın vacib olduğunu, təkcə ideyanın kifayət etmədiyini söyləyir. Biznesmen əmindir ki, mövcud vəziyyətin əsas üstünlüyü çoxlarının imkanlarını bərabərləşdirməsidir. Odur ki, hərəkətə keçənlər, hətta kiçik addımlarla hədəfə doğru irəliləyənlər qazanacaqlar.

Sahibkar indi investor tapmağın çox çətin olduğu fikri ilə razılaşır, çünki altı ay sonra dünyadakı vəziyyətin necə olacağını heç kim bilmir. Ancaq Kyubanın fəlsəfəsinə əsasən, şəxsi resurslarınız və aktivlərinizdən istifadə edərək bir işə başlamalı və mümkün qədər çox iş görməli, daha sonra investorlara müraciət etməlisiniz. Sərmayə cəlb edə bilməmək qorxusu aydın məsələdir, lakin bu, xaos dövründə belə yeni işə başlamağa mane olmamalıdır.

Həmçinin oxu: Milyarder Mark Kyuban ağıllı uşaq böyütməyin sirrini açıqladı 

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et