"İnanıram ki, faiz daha da düşəcək" | Banco.az

"İnanıram ki, faiz daha da düşəcək"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti Cümə günü Mərkəzi Bankın iclasının keçiriləcəyini bildirərək, "inanıram ki, faiz daha da düşəcək. Faiz düşdükcə inflyasiya da aşağı düşəcəkdir, bunu görəcəksiniz" deyib. 

Ərdoğan, məzənnə sabitliyinin təmin olunduğunu da dilə gətirərək, belə davam edib:

"İkinci rübdə ilk rüb ilə müqayisədə böyümüşük. Məşğulluq artır. İxracatımız rekordlar qırır. Biz iqtidara gəldiyimiz 17 il əvvə ixracatımız 36 milyard dollar idi, indi 170 milyard dollar. Buraya gəlmişik. Haradan haraya. İqtisadiyyatımızın ən böyük zəifliyi kimi göstərilən cari kəsir tariximizdə heç olmadığı qədər yaxşı bir səviyyəyə gəlib. Bazarlarda gözlə görülən bir tərpənmə başlayıb. Ötən avqust ayındakı məzənnə hücumundan sonra başlatdığımız sabitləşdirmə prosesi uğurla davam edir. İndi yenidən iqtisadi artımı gücləndirmək mərhələsinə keçirik. Qarşımızda çox ciddi fürsətlər var. Ölkəmizi, bölgəmizin və dünyanın ən mühüm dizayn, istehsal və ticarət mərkəzlərindən biri halına gətirməyə həmişəkindən daha yaxınıq".

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et