İlon Mask "Twitter"in rəhbərliyini tərk edib-etməməsi ilə bağlı anket açıb | Banco.az

İlon Mask "Twitter"in rəhbərliyini tərk edib-etməməsi ilə bağlı anket açıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Twitter”in CEO-luğundan gedib-getməməklə bağlı anket sorğusu başladıb.

Banco.az xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask yenicə satın aldığı “Twitter”də baş direktor vəzifəsindən istefa verib-verməməklə bağlı sorğu başladıb və yekun nəticəyə əməl edəcəyini bildirib.

"Twitter"i aldığı gündən bir çox dairələrlə, xüsusən də işçilərlə və reklamçılarla problem yaşayan Mask, “Şirkət rəhbərliyindən istefa verməliyəmmi? Bu sorğunun nəticələrinə əməl edəcəyəm", deyərək rəsmi səhifəsindən anket açıb.

Qeyd edək ki, təxminən 6 saat sonra sona çatacaq sorğuda indiyədək 10 milyon 870 mindən çox insan səs verib, iştirakçıların 56,3 faizi Maskın getməsinə, 43,7 faizi isə qalmasına tərəfdir.

Ən sərfəli kredit üçün müraciət et

Əvvəlki saatlarda isə Maskın getməsini istəyənlərin nisbəti 58 faizi ötmüşdü.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et