İlon Mask süni intellekt sistemlərinin inkişafına fasilə verilməsini tələb edib | Banco.az

İlon Mask süni intellekt sistemlərinin inkişafına fasilə verilməsini tələb edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Başda İlon Mask olmaqla bir qrup texnologiya mütəxəssisi süni intellekt sistemlərinin təkmilləşdirilməsinə fasilə verilməsini tələb edib.

Banco.az xəbər verir ki, bir qrup süni intellekt mütəxəssisi və texnologiya sənayesi rəhbərləri ilə birlikdə imzaladıqları açıq məktubda İlon Mask qabaqcıl süni intellektin (AI) cəmiyyət və insanlıq üçün risklərinə diqqət çəkib. 

Sözügedən məktubda ekspertlər “OpenAI”nin yeni buraxılmış süni intellekt çatbotu “GPT-4”dən daha güclü bir sistemin yaradılmasına altı aylıq fasilə verməyə çağırıblar.

Məktubda insanlarla rəqabət aparan süni intellekt sistemlərinin iqtisadi və siyasi pozulmalar baxımından cəmiyyət və sivilizasiya üçün riskləri təfərrüatlı şəkildə göstərilib və AI tərtibatçıları nəzarət üçün siyasətçilər və tənzimləyicilərlə birgə işləməyə çağırılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et