İlon Mask dünya şöhrətli xakeri işə götürüb | Banco.az

İlon Mask dünya şöhrətli xakeri işə götürüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask “Twitter” platforması üçün dünya şöhrətli xaker Corc Hotzu işə götürüb.

Banco.az xəbər verir ki, bu yaxınlarda “Twitter”i satın alan və şirkətdə kütləvi ixtisarlar edən İlon Mask hər ötən gün növbəti yeniliklə gündəmə gəlməkdədir. Bu dəfə də platformada işləməsi üçün dünyaca məşhur proqramçı Corc Hotzu şirkətinə daxil edib. 

Maskın əvvəllər “Tesla” üçün işə götürməyə çalışdığı, lakin qarşılıqlı razılığa gələ bilmədiyi Hotzun ilk işi hazırda pozulmuş axtarış bölməsini düzəltməkdir. 

Onu da qeyd etmək lazımdır ki, Hotz Teslanın avtopilot süni intellektinə qarşı rəqib proqram təminatı hazırlayan “Comma.ai”nin yaradıcısıdır.

Ən sərfəli kredit üçün müraciət et

Hazırda əldə edilən məlumata görə, Hotz “Twitter”də ümumilikdə 12 həftə işləyəcək və bu müddət üçün ödəniş almayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et