İki ayda banklar 210 milyon manat xalis mənfəət əldə ediblər | Banco.az

İki ayda banklar 210 milyon manat xalis mənfəət əldə ediblər

Müəllif: Gülnar Əhmədli, Banco.az

2024-cü ilin yanvar-fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Bunlar 2023-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 54.1 milyon manat və 47.7 milyon manat çoxdur.

2023-cü ilin yanvar-fevral aylarında banklar 155.7 mln. manat xalis mənfəət, 250.6 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.

Ötən 2 ay ərzində banklar tərəfindən ümumilikdə 48.1 mln. manat məbləğində mənfəət vergisi ödənilib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 8.8% və ya 3.9 mln. manat çoxdur. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et