İcbari avtosığorta üzrə kağız müqavilələr dövriyyədən çıxarılıb | Banco.az

İcbari avtosığorta üzrə kağız müqavilələr dövriyyədən çıxarılıb

Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə kağız daşıyıcıda bağlanmış müqavilələrin (şəhadətnamələrin) təminat müddəti ötən gün başa çatıb.

Bu barədə İcbari Sığorta Bürosundan bildirilib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumata görə, bununla da, kağız müqavilələr dövriyyədən çıxarılıb.

Xatırladaq ki, 1 noyabr 2016-cı ildən icbari avtosığorta müqavilələri yalnız elektron sənəd formasında bağlanılır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et