"Hyundai" elektrik avtomobillərinə külli miqdarda sərmayə qoymağı planlaşdırır | Banco.az

"Hyundai" elektrik avtomobillərinə külli miqdarda sərmayə qoymağı planlaşdırır

Müəllif:Mehin Qasımova/Banco.az

Son zamanlar bir çox avtomobil istehsalçıları elektrik avtomobilləri bazarına böyük investisiyalar qoymağa başlayıblar.

Banco.az xəbər verir ki, məşhur markalardan biri olan Hyundai, elektrikli nəqliyyat vasitələri və yeni mobillik biznesindəki böyümə potensialını dəstəkləmək üçün üç il ərzində 68 trilyon von (51 milyard dollar) sərmayə qoyacağını açıqlayıb.

Bundan əlavə, şirkət bu investisiyalar çərçivəsində 80 min nəfəri işlə təmin edəcəyini bildirib.

Cənubi Koreya şirkətinin məqsədi 2030-cu ilə qədər dünyanın ən yaxşı 3 elektrik avtomobil istehsalçısından biri olmaqdır.

Şirkət 2030-cu ilə qədər öz ölkəsində illik elektrik avtomobil istehsalını 1,51 milyon ədədə çatdırmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et