Huawei ilk rübdəki gəlirlərini açıqladı | Banco.az

Huawei ilk rübdəki gəlirlərini açıqladı

Çinli texnologiya nəhəngi Huawei dünən etdiyi açıqlamada, ilk rübdə gəlirlərin əvvəlki ilin eyni dövrünə görə 39% artaraq 179,7 milyard yuan, yəni 26,81 milyard dollara çatdığını söylədi. Qeyd edək ki, bu müddət ərzində şirkət 59 milyon smartfon satıb.

Dünyanın ən böyük telekommunikasiya avadanlıqları istehsalçılarından biri olan Shenzhen şirkəti, xalis mənfəət marjının keçən ilin eyni dövrünə nisbətən bir qədər yüksək olduğuna dair məlumat verib. Lakin, Huawei real xalis mənfəəti açıqlamayıb.

Ən sərfəli kredit üçün müraciət et

Eyni zamanda Huawei keçən həftə ABŞ təzyiqinə baxmayaraq 5G telekommunikasiya cihazlarının təmin edilməsi üçün imzaladığı müqavilələrin sayının daha da artdığını söylədi. Huawei mart ayı sonu etibarilə daşıyıcılarla 40 5G kommersiya müqaviləsi imzaladıqlarını, dünya bazarlarına 70 mindən çox 5G baza stansiyası göndərdiyini və may ayına qədər 100 min ədəd göndərməyi planladığını bildirdi.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et