"Huawei" ilk elektromobilini təqdim etdi - QİYMƏT | Banco.az

"Huawei" ilk elektromobilini təqdim etdi - QİYMƏT

Tamara Mustafayeva, Banco.az

"Huawei" şirkəti ilk elektrik avtomobilini ictimaiyyətə təqdim edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, avtomobil sektoruna addım atmağa çalışan texnologiya şirkətlərinin sırasına qoşulan Çinli "Huawei" şirkəti ilk elekromobilinin təqdimat mərasimini keçirib.

"HarmonyOs" əməliyyat sistemi ilə işləyəcək "Aito M5" modelinin tədarükünə 2022-ci ilin fevral ayından etibarən başlanılacaq. Avtomobilin qiyməti isə 39 min dollardan başlayır.

Huawei SF5 Is The Smartphone Maker's First Vehicle With 551 PS Power

Şirkətin İstehlakçı Biznes Qrupunun CEO-su Riçard Yu açıqlamasında sözügedən elektromobilin "Huawei"in "HarmonyOs" əməliyyat sistemi ilə təchiz edilən ilk avtomobil olduğunu və bu nəqliyyat vasitəsinin həm elektrik enerjisi ilə, həm də fosil yanacaqla işləyəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, "Huawei" şirkəti sabiq ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələlərini əsas gətirərək ABŞ firmalarının Çinli firmalara satışını məhdudlaşdırmasından sonra 2019-cu ildə "HarmonyOs" adı ilə məxsusi əməliyyat sistemini yaratmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et