Həyata geniş pəncərədən baxmağınıza kömək edəcək 6 fərdi inkişaf kitabı | Banco.az

Həyata geniş pəncərədən baxmağınıza kömək edəcək 6 fərdi inkişaf kitabı

Müəllif: Gülnar Əhmədli, Banco.az

Şəxsi inkişaf kitabları gündəlik həyatda geniş istifadə olunur. Müasir dövrdə fərdi inkişaf hər şeydən önəmlidir. Bu məqalədə sizin üçün tətbiq edilə bilən metodlar təklif edən, elm tərəfindən dəstəklənən məlumatlara əsaslanan və eyni dərəcədə təsir edici olan şəxsi inkişaf kitablarından bir neçəsi barədə qısa məlumat hazırlamışıq.

1. Emosional zəka – Daniel Qoulman

Psixologiya sahəsinə başqa bir perspektiv gətirən Dr. Daniel Qoulman "Emosional zəka" adlı kitabında niyə EQ anlayışının IQ-dan daha vacib olduğunu izah edir. Bir çox pedaqoqların üstünlük verdiyi bu kitabda çox tutarlı bir məqam var. Fərdlərin emosional zəka səviyyələrinin birbaşa demokratiya ilə əlaqəli olduğu vurğulanır.

2. Ağıllı yaşama sənəti – Baltazar Qrasian

Əsrlər boyu insanları iş və şəxsi həyatda uğur qazanmağın yolları haqqında maarifləndirən "Ağıllı yaşam sənəti" fəlsəfə kitabı 17-ci əsrdə ispan keşiş Baltazar Qrasian tərəfindən yazılıb. Bu kitab bəşəriyyətə liderlik, dostluq və emosional idarəetmə kimi bir çox mühüm mövzularda yol göstərir.

3. Hər şey səninlə başlar – Mümin Sekman

Satış rekordları qıran "Hər şey səninlə başlar" kitabının müəllifi Mümin Sekmanın iddiasına görə, insanlar çarəsiz qalmağı öyrəndikləri kimi müvəffəqiyyətli olmağı da öyrənə bilərlər. Yeni bir həyat üçün lazım olanın yeni bir ağıl olduğunu söyləyən Mümin Sekman küləyi günahlandırmaqdan əl çəkməli, yelkənlərdən istifadə etməyi öyrənməli olduğumuzu vurğulayır.

4. 59 saniyə – Riçard Vayzman

Ən sərfəli kredit üçün müraciət et

Hər kəsin danışdığı özünü təkmilləşdirmə kitablarından və onların klişelərindən bezmisinizsə, sizin üçün həkim resepti kimi olacaq "59 saniyə" adlı kitabı oxumalısınız. Tamamilə elmi araşdırmalara əsaslanan bu kitab çalışqan və ağıllı insanlar üçün əla seçimdir.

5. İnsan mühəndisliyi – Nüvit Osmay

Nüvit Osmayın müəllifi olduğu "İnsan mühəndisliyi" kitabının çox zəngin məzmunu nəzərə alınmaqla ən çox istinad edilən əsərlərdən biri olduğunu söyləmək düzgün olar.

6. Yaxşı hiss etmək – Devid Börns

Psixiatr Devid Börns sizə həyata daha müsbət baxış bəxş etmək üçün emosiyalarınızı stimullaşdırmaq üçün elmi cəhətdən sınaqdan keçirilmiş üsullar təklif edir. Bu kitab sizə günahkarlıq, heç bir şey etməmək hissinin öhdəsindən gəlməyə və kimdənsə razılıq gözləmə asılılığından xilas edərək özünə inamınızı artırmağa kömək edəcək son dərəcə əhəmiyyətli bir mənbədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et