Hansı ölkələr Aya gedib? | Banco.az

Hansı ölkələr Aya gedib?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Planetimizin yeganə təbii peyki olan Ay kosmos tədqiqatlar üçün çox vacibdir. Bundan əlavə, bu, həm də ölkələr arasında siyasi-elmi rəqabətin və “kosmik müharibələrin” çox mühüm elementidir. Çünki Aya getmək tarixən ölkələr arasında kosmos yarışmasında ideoloji və elmi üstünlük əldə etməyin ən mühüm yolu kimi görülüb. Bu səbəblə bir çox ölkə həm Ayın sirlərini kəşf etmək, həm də kosmos yarışında söz sahibi olmaq üçün addımlar atıb. Ölkələrin Ay missiyaları bəzən dövlət resursları, bəzən də özəl şirkətlərin köməyi ilə həyata keçirilirilib. Lakin bu addımları uğurlu edən ölkələrin sayı çox deyil.

Bəs hansı ölkələr Ayda olub və planetimizin peykinə uğurla enib? Birlikdə nəzər salaq. 

1. Sovet İttifaqı

Bəşər tarixində Aya gedən ilk ölkə Sovet İttifaqı olub. 1959-cu il sentyabrın 12-də "Baykonur" kosmodromundan "Vostok" raketi ilə kosmosa göndərilən Sovet İttifaqının "Luna-2" kosmik gəmisi Aya enən ilk obyekt kimi tarixə düşüb. Sovet İttifaqının bu tarixi uğuru ölkələr arasında kosmos yarışını başladan ən mühüm hadisələrdən biri olub. Sovet İttifaqı/Rusiya bu günə qədər cəmi 23 Ay missiyasını uğurla başa vurub.

2. Amerika Birləşmiş Ştatları 

Kosmos yarışının ən əhəmiyyətli oyunçularından biri olan ABŞ bu günə qədər 32 Ay missiyası həyata keçirib. Buna görə də Aya ilk ayaq basan insan amerikalı olub: Nil Armstronq. ABŞ-ın Apollon kosmik proqramı Ayın tədqiqi üçün çox mühüm bir irəliləyiş kimi tarixdə öz yerini tutub. Bununla belə, ABŞ-ın Ay missiyalarından 6-sı insanlarla olan missiya olub. Bu günə qədər ümumilikdə 12 astronavt Ayda gəzib.

3. Çin

Çin 7 Ay missiyası ilə Aya getməyi bacaran ölkələr sırasındadır. Çin təxminən 2030-cu ildə Aya insan göndərməyi planlaşdırır.

4. Yaponiya

İndiyə qədər Aya getməyi bacaran ölkələrdən biri də Yaponiyadır. Yaponiya birincisi 1990-cı ildə, ikincisi isə 2007-ci ildə olmaqla iki Ay missiyanı uğurla başa vurub. Bundan əlavə, bu yaxınlarda SLIM adlı kosmik gəmisi Aya uğurlu eniş edən Yaponiya bu uğuru qazanan beşinci ölkə olub.

5. Lüksemburq

Lüksemburqda yerləşən özəl şirkət "LuxSpace" Çinin "Long Mark" raketi ilə kosmosa kiçik zond (kosmik aparat) buraxıb. Zond Ay ətrafında yaxın uçuşdan sonra Ayın səthinə çırpılıb. 

6. İtaliya

İtaliyanın "ArqoMoon" adlı peyki NASA-nın Kosmosa Başlama Sisteminin ilk missiyası olan "Artemida 1" də 2022-ci ildə Aya göndərilib.

7. Cənubi Koreya

4 avqust 2022-ci ildə Cənubi Koreya "Korea Pathfinder Lunar Orbiter" adlı peyki "Falcon 9 Block 5" raketi ilə Aya göndərib. Cənubi Koreyanın Ay missiyası su buzu və "Helium-3" kimi Ay resurslarının tədqiqi, topoqrafik xəritənin yaradılması və gələcək Aya eniş yerlərinin seçilməsinə köməklik göstərmək kimi məqsədlərlə həyata keçirilib.

8. İsrail

2019-cu ildə İsrail gənc nəsillər arasında kosmosun tədqiqinə marağı artırmaq üçün Ay missiyasını həyata keçirib. Bu çərçivədə "Beresheet" adlı kosmik gəmi Aya çırpılsa da, peykimizə çatmağı bacarıb.

Ən sərfəli kredit üçün müraciət et

9. Birləşmiş Ərəb Əmirlikləri

BƏƏ 2022-ci ilin sonlarında "Hakuto-R Mission 1" eniş aparatının göyərtəsində Aya bir ay avtomobili göndərib. O, Ayın səthinə çatsa da, enişdən qısa müddət sonra avtomobilin əlaqəsi kəsilməsi səbəbilə missiya dayandırılıb.

10. Hindistan

Hindistan bu günə qədər birdən çox Ay missiyası həyata keçirib. "Chandrayaan-11" Hindistanın 2008-ci ildə göndərdiyi ilk Ay zondudur. Bildiyimiz kimi, Hindistan Ayın cənubuna enən ilk ölkə olub.

11. Avropa İttifaqı

Avropa Kosmik Agentliyinin təmsil etdiyi Avropa İttifaqı də Aya çatmağı bacarıb. Günəş-elektrik hərəkəti və rabitə texnikası kimi yeni texnologiyaların sınaqdan keçirilməsi üçün Aya göndərilən "SMART-1" 3 il Ay ətrafında dövr etdikdən sonra səthə çırpılaraq missiyasını başa vurub. 

Aya uğurlu eniş etməyi bacaran ölkələrin sayı xeyli azdır.

Aya enişlər kosmik gəminin enmə sürətindən asılı olaraq sərt eniş və ya yumşaq (uğurlu) eniş kimi təsnif edilir. Yumşaq enişlər kosmik gəminin təhlükəsiz və yavaş sürətlə yerə enməsi deməkdir. Bu üsul ekipajlı missiyalarda və ya gəminin enişdən sonra elmi ölçmə və sınaqlar aparması gözlənilən vəziyyətlərdə istifadə olunur.

İndiyə qədər Aya uğurlu eniş edən ölkələr aşağıdakılardır:

  • Rusiya
  • ABŞ
  • Çin
  • Hindistan
  • Yaponiya

Önümüzdəki dövrdə də Ay kosmik tədqiqatların mərkəzində qalacaq. Çünki bir çox ölkə mövcud və ya yeni Ay proqramları ilə yaxın gələcəkdə Aya getməyi hədəfləyir. Türkiyə də bu ölkələrdən biridir. Türkiyə kosmos proqramı çərçivəsində yaxın 10 il ərzində Aya eniş etməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et