Hansı bankda manat əmanəti (2 illik) daha sərfəlidir? - İyun 2020 | Banco.az

Hansı bankda manat əmanəti (2 illik) daha sərfəlidir? - İyun 2020

Banco.az pullarınızı mart ayında 2 il müddətinə əmanət şəklində yerləşdirə biləcəyiniz bankları araşdırıb. Sığortalanan əmanətlərin faiz dərəcəsinin artması 7 bankın əmanət faizlərinin də artmasına səbəb olub. Bu artım 2,5%-dək müşahidə olunub. Digər banklarda isə faizlərdə heç bir dəyişiklik olmayıb.

Aşağıdakı cədvəldə əmanət faizlərinin aylıq və müddətin sonunda götürülməsindən asılı olaraq azalan sıra ilə qeyd olunub.

İnfoqrafik: Tahir Əsgərli

Bank Faizlər aylıq
götürülərsə,
illik %
Müddətin
sonunda
götürülərsə,
illik %

Bank BTB
Müddətli

12 12

TuranBank
Qızıl küpə

12 12

Yelo (Nikoil) Bank
Sabit

11,5 12

Bank Respublika
Müddətli

10,5 11

AccessBank*
Müddətli

9,5+1 10+1

Bank of Baku
Dinamik

9,5 10

Unibank
Müddətli

9 10

Ziraat Bank**

9 10

Bank Avrasiya
Klassik

9 10

Beynəlxalq Bank
Klassik

8,5 9

Rabitəbank***
Universal

9/8,5 9,5/9

Azər Türk Bank
Klassik

7,5 8

Bank VTB****
Sərfəli

7,05/7,55 7,5/8

AFB Bank
Əmanət

7 7,5

Expressbank
Klassik

7 7,5

Kapital Bank
Kapital

7 7,5

Yapı Kredi Bank
Dövrü qazanc

5,25 -

Ən sərfəli kredit üçün müraciət et

*Müştəri əmanəti yerləşdirdiyi andan etibarən əvvəlcədən 1%-dək bonus əldə edir. Kampaniya avqustun 31-dək qüvvədir.

** Kampaniya 20.06.2020 tarixinədək qüvvədədir.

***30 000 AZN-dək illik faiz dərəcəsi 9% (9,5%), 30 000 AZN-dən çox olduqda isə illik faiz dərəcəsi 8,5% (9%) hesablanır.

**** Məbləğ 50 min manatdan artıq olduqda aylıq və müddətin sonunda faizlər uyğun olaraq 7.55% və 8% hesablanır.

Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et