“Günay Sığorta”nın qiymətli kağızları delistinq edilib | Banco.az

“Günay Sığorta”nın qiymətli kağızları delistinq edilib

"Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə “Günay Sığorta” ASC-nin qiymətli kağızları delistinq edilib.

BFB-nin listinq qaydalarına uyğun olaraq, delistinq haqqında qərar ictimaiyyətə açıqlandıqdan 2 ay sonra qüvvəyə minəcək, qiymətli kağızlar ticarətdən çıxarılacaq.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı (AMB) iyunun 24-də "Günay Sığorta" ASC-nin lisenziyasını ləğv edib. 14 avqust 2008-ci il tarixli, 042483 nömrəli lisenziya "Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq könüllü müraciət əsasında ləğv olunub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et