“Google” intiharların qarşısını alacaq xidmət istifəyə verəcək | Banco.az

“Google” intiharların qarşısını alacaq xidmət istifəyə verəcək

Müəllif - Aida İsaq, Banco.az

ABŞ-da intihar hallarının artması “Google” şirkətini hərəkətə keçirib. 

Banco.az xəbər verir ki, şirkət şəbəkədə yeniliklər etməyə hazırlaşır. Belə ki, platformanın axtarış sisteminə intiharla bağlı sözlər yazan istifadəçilərin qarşısına şablon bildirişlər çıxacaq. 988 qaynar xətti ilə birbaşa əlaqəli olan bu şablon mesajlar psixoloji vəziyyəti gərgin olan insanlara bir növ dəstək xarakteri daşıyacaq. Bu şablon mesajlarda aşağıdakı formada cümlələr yer alcaq.

  • “Mənimlə əlaqə saxlaya bilərsiniz? Hazırda özümü intihara meyilli hiss edirəm və bu işdə köməyə ehtiyacım var.”

  • “Mən ölmək istəmirəm, amma necə yaşayacağımı da bilmirəm. Sizinlə danışa bilərik?”

  • “Hazırda düşüncələrlə mübarizə aparıram və kiminləsə danışmağa ehtiyac duyuram.” və s.

    Ən sərfəli kredit üçün müraciət et

Yeni funksiya barədə təfərrüatların yaxın günlərdə açıqlanacağı bildirilir.

 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et