“Google Chrome”un Azərbaycanda bazar payı azalıb | Banco.az

“Google Chrome”un Azərbaycanda bazar payı azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanın internet bazarında bu ilin fevral ayında “Google Chrome” brauzerinin payı 71.51% faiz təşkil edib.

Banco.az “statcounter”ə istinadən xəbər verir ki, cari ilin yanvar ayı ilə müqayisədə “Google Chrome”un payı 6.91% azalıb.

“Safari” brauzerinin bazar payı 9.32% təşkil edib. Yanvar ayı ilə müqayisədə bu göstərici 1.08% azalıb.

“Samsung Internet” brauzerinin payı isə 4.15%-ə bərabər olub ki, bu da 1 ay əvvəllə müqayisədə 0.61% azdır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et