“Google” bu ölkədə rəqabət qaydalarını pozmaqda ittiham olunur | Banco.az

“Google” bu ölkədə rəqabət qaydalarını pozmaqda ittiham olunur

Müəllif:Ayşən İmanova/Banco.az

Yaponiyada “Google” reklam yayarkən rəqabət qaydalarını pozmaqda ittiham olunur.

Banco.az xəbər verir ki, 2010-cu illərin ortalarında “Google” “Yahoo”dan öz biznes tərəfdaşlarının portallarında mobil cihazlar üçün axtarış reklamlarının yayılmasını dayandırmağı xahiş edib.

“Yahoo”nun “Google”un sorğusunu qəbul etdiyi bildirilir. Şirkətin biznes tərəfdaşları ilə bağladığı müqavilələrdə dəyişikliklər edilib. Məlum olub ki, "Yahoo" bunu “Google” axtarış sistemi ilə işin mümkün bloklanmasından narahat olduğu üçün edib.

Yapon tənzimləyicisi bu cür hərəkətlərin ədalətsiz ticarətə bərabər olduğunu vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu işlə bağlı “Google”a qarşı hər hansı cərimənin olması barədə məlumat yoxdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et