"Goldman Sachs" Çinin artım proqnozunu yeniləyib | Banco.az

"Goldman Sachs" Çinin artım proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Goldman Sachs” Çinin iqtisadi artım proqnozunu yuxarı istiqamətli yeniləyib.

Banco.az xəbər verir ki, “Goldman Sachs” iqtisadçıları tərəfindən yayımlanan qeyddə Çinin 2023-cü il üzrə böyümə proqnozu 5,2 faizdən 5,5 faizə qaldırılıb.

Çində dünən açıqlanan məlumatlara görə, iqtisadiyyat ötən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz artaraq 1,6 faizlik proqnozları üstələmişdi.

“Goldman” iqtisadçıları Kovid-19-a yoluxma sayı və geniş yayılmış işçi çatışmazlığı nəzərə alındıqda Çinin dekabr məlumatlarının təəccüblü olduğunu söyləyiblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et