Gənc milyaderlərin uğurlarının SİRRİ nədədir? | Banco.az

Gənc milyaderlərin uğurlarının SİRRİ nədədir?

Con və Patrik Kollisoni qardaşları ilk dəfə öz Automatic adlı şirkətlərini 20 yaşları olanda yaradıblar. Şirkəti yaradarkən Con Harvardda, Patrik isə MIT tələbəsi olub. O, zamanlar Automatic sadəcə e-Bay ilə əməkdaşlıq edib. Şirkəti inkişaf etdirmək üçün onlar təhsillərini yarımçıq qoyaraq San Fransiskoya gediblər. 2008-ci ildə isə Automatic-i Communicate adlı Kanadaya məxsus şirkətə 5 milyon dollara satıblar. Daha sonra isə Stripe adlı ödəmə sistemini yaradıblar, hansı ki, Target, Lyft və Kickstarter adlı məhşur platformalarda bu sistem uğurla işlədilir. Hal-hazırda Stripe çoxlu sayda pul köçürmə əməliyyatları həyata keçirir. Şirkət bu il Allianz adlı siğorta şirkəti və Booking.com ilə əməkdaşlığa başlayıb.  Conun 27 və Patrikin 29 yaşı var və Stripe-ın ümumi dəyəri 9.2 milyard dollar təşkil edir. Qardaşlardan biri öz açıqlamasında maraqlı məqama toxunub:

Ən sərfəli kredit üçün müraciət et

“Şirkətin uğurunun əsas səbəbi mənim savad və ya bacarığımla əlaqəli deyil. Savad və bacarıq vacibdir, amma əsas vacib xarakter daşıyan – onların intensiv işləməsidir... Əgər bütün bu əməliyyatları fikirləşən və həyata keçirən çoxlu sayda zəhmətkeş insanlar olmasaydı, çətin ki, biz hal-hazırda bu mövqeydə ola bilərdik. Amma bizə həmçinin uğur da lazım idi: Bizdən daha ağıllı və çalışqan insanlar var, amma bəxtləri gətirməyib.”

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et