Gəlir vergisi üzrə böyük güzəştlər gəlir, vergiyə cəlb edilməyən məbləğ artırılır | Banco.az

Gəlir vergisi üzrə böyük güzəştlər gəlir, vergiyə cəlb edilməyən məbləğ artırılır

"1 yanvar 2019-cu il tarixdən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda gəlir vergisi üzrə 100%, 8 000 manatdan çox olduqda isə 44% güzəştin edilməsi nəzərdə tutulub".

Bu məlumat 2019-cu il dövlət büdcə zərfində öz əksini tapıb.

Eyni zamanda, bütün sahələrdə muzdla işləyən fiziki şəxslər üzrə gəlir vergisinə cəlb edilməyən məbləğ 173 manatdan 200 manatadək artırılır.

“2019-cu ildə büdcə-vergi siyasətinin əsas prioritetini muzdla çalışanların gəlirləri ilə bağlı islahatın həyata keçirilməsi təşkil edir. Bu islahatın əsasını neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işdən aylıq gəlir vergisinə güzəştin müəyyən edilməsi və məcburi dövlət sosial sığorta haqları üzrə yükün işəgötürən və işçi üzərinə düşən nisbətlərin tənzimlənməsi təşkil edir. Belə ki, aparılacaq islahat nəticəsində ilk növbədə ödəyicilərin əhəmiyyətli hissəsinin vergi və məcburi dövlət sosial sığorta haqları ödənişləri üzrə ümumi yükünün azladılması, qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəldilən tədbirlərin tətbiqi hədəflənir”, - deyə büdcə zərfində vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir isə - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya faydadır. Hazırda fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:

-2500 manatadək 14%, 2500 manatdan çox olduqda 350 manat və + 2500 manatdan çox olan məbləğin 25%-i.

Marja.az

Ən sərfəli krediti almaq üçün müraciət et