Fransız yazıçısından “McDonald's”, “Nike”, “Nestle” məhsulları ilə bağlı ittihamlar | Banco.az

Fransız yazıçısından “McDonald's”, “Nike”, “Nestle” məhsulları ilə bağlı ittihamlar

Fransız yazıçısı, Martin Page bestseller kitabı olan “How I Became Stupid”(Mən necə axmaq oldum?) kitab-romanın müəllifidir. Müəllifin parlaq zəkalı, sənət həvəskarı baş qəhrəman Antoinenin Martin Page-in də dediyi kimi qabığını dəyişən ilan kimi qatı kaptalistə çevrilməsindən bəhs edir.

Kitabda diqqətimi çəkən nüanslar isə sənət adamı olan Antoinenin axmağa çevrilməmişdən öncə, heç vaxt “McDonald's” məhsullarından yeməməsi, “Nike” idman geyimlərini almaması, “Nestle” məhsullarından istifadə etməməsidir.

Antoinenin ən yaxın dostlarından birinin ailəsi pul qarşılığında “Nestle”nin test mərhələsində olan məhsullarından istifadə etmişdi. Amma test mərhələsində olan məhsulun tərkibindəkilərin həddindən artıq qoyulması, onun dostunun ailəsinin erkən vəfat etməsinə, dostunun isə fiziki qüsurlu doğulmasına səbəb olmuşdu.

Daha sonra, Martin Page Antoinenin dilindən deyir ki, bir dəfədə olsun 25 yaşlı gənclər kimi “Nike” məhsullarını almır, çünki marka məhsullarının istehsalı zamanı insan əməyindən istifadə edir.

Bəlkə də, oxucular kitabın adına görə -“Mən necə axmaq oldum?” bu ittihamları sadəcə bir idiyotun dilindən deyilən sözlər kimi başa düşüb, ciddiyə almaz. Amma məncə, yazıçı məhz idiyot olmağa qərar vermiş Antoinenin dilindən bu sözləri oxuculara çatdırmağı elə belə deyil.

Şəkərin insan sağlamlığı üçün zərərli olduğunu bir çoxlarımız bilirik. Baş qəhrəman “McDonald's”-a getməməyinin səbəbini restoranın məhsullarının bol şəkərli və həddindən artıq kalorili məhsullar kimi görür. “Şəkər və yağın özündə saxlayan, ortaq həyat tərzinin simvolu, imperyalist kapitalizminin restoranına daxil olmaq daha öncə ağlına gəlməmişdi”. Hətta restoranlar şəbəkəsini partlatmaq barəsində də fikirlərini də açıqlayır.

Ən sərfəli kredit üçün müraciət et

Romanda biz qəhrəmanın fərqli istehlak mədəniyyətini olduğunu görürük. Belə ki, Antoine istifadə etdiyi bütün məhsulların tarixini, necə istehsal edildiyini dəqiq bilirdi. Məsələn, Martin Page Antoinenin dilindən deyir ki, “Nike” Asiya və bir çox ölkələrdə yerləşən zavodlarında uşaq əməyini istismar edir. Mən nə üçün, “Nike” məhsullarını alıb onlara fayda verməliyəm?! Axmaq olmamışdan öncə, Antoine fikirləşirdi ki, qəhvə lüks simvoludur. Antoine zəngin olduqdan sonra, qəhvə içir, işin ən maraqlı cəhəti odur ki, Antoine ürəkbulanması keçirdir və iki gün yuxusuz qalır.

Antoine dostu ilə birgə hərrac şirkəti açır. Antoinein də dilindən deyildiyi kimi, təəssüf ki, parlaq fikirlərim daha bir nəfəri (dostunu nəzərdə tutur) kapitalist etdi. Maraqlısı odur ki, zəngin kapitalist olan Antoine axmaq olmağa qərar verdikdən sonra, həm “McDonald's” məhsullarından yeyir, “Nike” hər gənc kimi idman mallarını alır. Sanki, müəllif demək istəyir ki, günümüzdə adıçəkilən markaların məhsullarından istifadə edənlər axmaqdırlar.

Xatırlayırsınızsa, daha öncə Polşalı rəssam İqor Dobrowolski əsərlərində H&M və Zara ilə bağlı ciddi ittihamlar irəli sürmüşdü. 
Polşalı sənətkar İqor Dobrowolski də hazırladığı rəsm əsərləri ilə bəzi məşhur geyim markalarının məhsullarının arxasında saxlanan son dərəcə faciəli hekayələr ilə diqqət çəkmişdi. Bu markaları ciddi şəkildə tənqid etmişdi.“Design Taxi”nin yayımladığı araşdırmaya görə, Polşalı rəssam bu reklam fotoları ilə moda tarixindəki ən böyük dörd faciənin üçünün 2013-cü ildə bir Cənubi Asiya ölkəsi olan Banqladeşdə reallaşdığını xatırlatmışdı.

Sizcə, yazıçı bu fikirləri ilə oxuculara nəyi çatdırmaq istəyir. Doğrudanmı “Nike” məhsullarının istehsalı zamanı uşaq əməyindən istifadə edir? Yoxsa, bunlar sənətkarların sadəcə xəyalpərəst fikirləridir?

Facemark.az

Ən sərfəli krediti almaq üçün müraciət et