Fransada inflyasiyanın sürəti azalsa da, iqtisadi artım zəifləyib | Banco.az

Fransada inflyasiyanın sürəti azalsa da, iqtisadi artım zəifləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Fransada inflyasiya aşağı düşsə də, artım geriləyib.

Banco.az xəbər verir ki, Fransa Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun məlumatlarına görə, ölkədə noyabr ayında inflyasiya illik 3,8 faizlə proqnozlardan geri qalıb.

“Bloomberg”in iqtisadçılar arasında apardığı sorğuya görə, bu nisbətin 4,1 faiz olacağı gözlənilirdi. Oktyabr ayında inflyasiya illik 4,5 faiz olaraq açıqlanmışdı.

Fransada inflyasiya hökumətin elektrik enerjisinin qiymət həddini qismən ləğv etməsi səbəbindən digər Avropa ölkələrinə nisbətən daha yavaş azalıb.

Digər tərəfdən, ölkə iqtisadiyyatı ilin üçüncü rübündə proqnozlara uyğun olaraq 0,1 faiz daralıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu da investorların yaz aylarında Avropa Mərkəzi Bankının (ECB) faiz dərəcələrini aşağı salacağı ilə bağlı proqnozlarının artmasına səbəb olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et