“Fitch” Türkiyə iqtisadiyyatını qiymətləndirib | Banco.az

“Fitch” Türkiyə iqtisadiyyatını qiymətləndirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Fitch” Türkiyə iqtisadiyyatını qiymətləndirib.

Banco.az xəbər verir ki, kredit reytinq agentliyinin yaydığı bəyanatda Körfəz Əməkdaşlıq Şurası banklarının Türkiyədəki törəmə şirkətləri vasitəsilə ölkədəki makro siyasət dəyişikliyindən faydalanacaqları bildirib.

“Türkiyədə törəmə şirkətləri olan Körfəz Əməkdaşlıq Şurasının bankları Türkiyənin makroiqtisadi tənzimləməsindən və daha ənənəvi və ardıcıl iqtisadi siyasətlərə keçidindən faydalanacaq. İnflyasiyanın azalması törəmə müəssisələrin xalis pul itkilərini azaldacaq və türk lirəsinin daha yavaş ucuzlaşması valyutanın konvertasiyası nəticəsində yaranan itkilərin kapitala mənfi təsirini minimuma endirəcək” - bəyanatda deyilir.

Bəyanatda xatırladılıb ki, “Fitch” mart ayında Türkiyənin kredit reytinqini yuxarı çəkdikdən sonra Körfəz Əməkdaşlıq Şurasının bəzi törəmə şirkətləri də daxil olmaqla 18 türk bankının reytinqini də artırıb. Bildirilib ki, reytinqin yüksəldilməsi “Fitch”in Türkiyədə 2023-cü ilin iyun ayından etibarən həyata keçirilən siyasətlərin davamlılığına və effektivliyinə artan inamını əks etdirir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et