"Fitch" qlobal artım proqnozunu yeniləyib | Banco.az

"Fitch" qlobal artım proqnozunu yeniləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinq agentliyi “Fitch Ratings” qlobal iqtisadiyyatın bu ilki artım proqnozunu 2,4 faizə çatdırıb.

Banco.az xəbər verir ki, “Fitch” Qlobal İqtisadi Perspektivlər Hesabatının mart buraxılışını “Artım perspektivləri yaxşılaşır, lakin inflyasiya davam edir” başlığı ilə dərc edib.

Hesabatda qeyd olunub ki, qısamüddətli artım gözləntilərinin yaxşılaşması səbəbindən bu il üçün artım proqnozu 0,3 bənd artırılaraq 2,4 faiz təşkil edib.

Sözügedən dəyişikliyin ABŞ iqtisadiyyatı üçün artım proqnozunun 1,2 faizdən 2,1 faizə doğru kəskin yenilənmə ilə əlaqədar olduğu vurğulanan hesabatda bunun Çinin cari il üzrə artım proqnozunun 4,6 faizdən 4,5 faizə, Avrozona üçün isə 0,7 faizdən 0,6 faizə endirilməsini “üstələdiyi” qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda Çin istisna olmaqla inkişaf etməkdə olan bazarlar üçün artım proqnozunun 0,1 bənd artırılaraq 3,2 faizə yüksəldiyi, Hindistan, Rusiya və Braziliya üçün də artım proqnozlarının yuxarı çəkildiyi bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et