"Filial şəbəkəmizə “əl gəzdirməli” olduq"- Rövşən Allahverdiyev | Banco.az

"Filial şəbəkəmizə “əl gəzdirməli” olduq"- Rövşən Allahverdiyev

Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev rəqib bankların filiallarının bağlandığı bir vaxtda, yeni filialların açılması ilə bağlı suala münasibət bildirib.

Xidmət sahəsinin genişləndirilməsi zamanı müştəri xidməti keyfiyyətini də artırmaq lazımdır. Təbii ki, bu sahədə atılan ilk addım filial şəbəkəsinin optimallaşdırılmasıdır. Müştəri keyfiyyətli xidməti ona yaxın və rahat olan, əlverişli yerdə açılmış filialda almalıdır.

Ona görə də müştərilərə keyfiyyətli xidmət göstərmək üçün ilk öncə filial şəbəkəmizə “əl gəzdirməli” olduq. Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir.

2017-ci ildə də yeni filial və şöbələrimiz açılıb, həmçinin bir sıra filialların ofisləri əsaslı təmir edilib və ya yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda bitmək üzrədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı region filiallarımızı inkişaf etdirmək məqsədilə İsmayıllıda və Lənkəranda Təlim İnkişaf Mərkəzlərimizi əməkdaşlarımızın ixtiyarına vermişik. Artıq region təlimləri orada keçirilir ki, bu da əməkdaşların inkişafına və müştəri xidmətinin keyfiyyətinə müsbət təsir edir. Həmçinin yeni Kart Mərkəzlərinin açılışları oldu ki, bunun da nəticəsində sosial müavinət və digər kart alan müştərilər bu mərkəzlərə gəlib, rahatlıqla kartlarını əldə edə bilərlər. Bundan başqa müştəri seqmentimizdən asılı olaraq daha bir neçə yeni filiallar açılması planlaşdırılır.

Ən sərfəli krediti almaq üçün müraciət et