FED-in ardınca daha bir mərkəzi bank faiz qərarını açıqlayıb | Banco.az

FED-in ardınca daha bir mərkəzi bank faiz qərarını açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Honkonq Mərkəzi Bankı da FED-in ardınca faiz qərarını açıqlayıb.

Banco.az xəbər verir ki, Çinin Honkonq Xüsusi İnzibati Bölgəsi FED-in uçot dərəcəsini 25 baza bəndi artırmasından sonra ABŞ dollarına bağlı məzənnə rejiminə görə eyni dərəcədə faiz artımı reallaşdırıb.

Bölgənin faktiki mərkəzi bankı olan Honkonq Valyuta Təşkilatı (HKMA) yaydığı bəyanatda uçot dərəcəsinin 5,5 faizə çatdırıldığı qeyd olunub.

Məlumat üçün xatırladaq ki, Honkonqun rəsmi valyutası olan Honkonq dollarının 1983-cü ildə ABŞ dollarına inteqrasiya etdirilməsindən sonra bölgə pul siyasətində FED-in izi ilə gedir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et