Fed ABŞ-ın 6 böyük bankından iqlim riskinin təhlilini tələb edib | Banco.az

Fed ABŞ-ın 6 böyük bankından iqlim riskinin təhlilini tələb edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

FED ölkənin aparıcı banklarından iqlim dəyişikliyi ilə bağlı hesabat tələb edib.

Banco.az xəbər verir ki, Federal Ehtiyatlar Sistemi (FED) ölkənin altı ən böyük bankından iqlim dəyişikliyi ilə bağlı risklərin portfellərindəki müəyyən aktivlərə təsirini təhlil etməyi tapşırıb.

Bu barədə FED məlumat yayıb.

Məlumata görə, bankın pilot iqlim senarisi analizinin necə aparılacağına dair təfərrüatlar bəlli olub.

Belə ki, ABŞ-ın 6 ən böyük bankından iqlim riski analizinin aparılması tələb olunur və bu banklar daşqın, meşə yanğınları, qasırğa, isti hava dalğası və quraqlıq kimi hadisələrin kredit portfeli və kommersiya daşınmaz əmlak aktivlərinə təsirini araşdırmalıdırlar.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sözügedən banklara “Bank of America”, “Citigroup”, “Goldman Sachs”, “JPMorgan Chase”, “Morgan Stanley” və “Wells Fargo” daxildir və risk analizi üçün banklara verilən müddət 31 iyul tarixində başa çatacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et