Əsas kapitala vəsait qoyuluşu 6%-dən çox artıb | Banco.az

Əsas kapitala vəsait qoyuluşu 6%-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2,929 mlrd manat vəsait yönəldilib. 

Dövlət Statistika Komitəsinə istinadən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.

3 aylıq investisiya qoyuluşunun 1,487 mlrd manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 9,1% azdır. 

Son 1 ildə qeyri neft-qaz sənayesinə investisiya qoyuluşu isə 11,3% azalaraq 205,2 milyon manata çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et