Erməni hakerləri əsasən bu sahələrə kiber hücum etməyə cəhd göstərir – RƏSMİ | Banco.az

Erməni hakerləri əsasən bu sahələrə kiber hücum etməyə cəhd göstərir – RƏSMİ

"Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi ölkəmizə qarşı keçirilən kiberhücumları nəzarətdə saxlayaraq 24/7 monitorinqini aparır və kiber hücum istiqamətlərini diqqətlə analiz edir".

Bu haqda Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) məlumat yayıb.

Məlumatda qeyd olunur ki, düşmən ölkənin kiberlamerləri əsasən 4 istiqamətdə kiberhücumlar həyata keçirirlər: "Birincisi, dövlət qurumlarının internet informasiya resursları, ikincisi, bank sektoru, üçüncüsü, media saytları və dördüncüsü individual istifadəçilər (elektron poçt ünvanları, zənglər və s.)".

"KİMM düşmənin kiberhücum və kütləvi dezinformasiya siyasətinə qarşı bütün vətəndaşlarımızı diqqətli və ayıq-sayıq olmağa çağırır", – deyə qurum tərəfindən vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et