"Enerji qiymətləri investorları Avropadan uzaqlaşdıra bilər" | Banco.az

"Enerji qiymətləri investorları Avropadan uzaqlaşdıra bilər"

Müəllif: Tamara Mustafayeva, Banco.az

İsveçin Baş naziri Ulf Kristersson yüksək enerji qiymətlərinin investorları Avropadan uzaqlaşdıra biləcəyini söyləyib.

Banco.az xəbər verir ki, İsveçin Baş naziri Ulf Kristersson Fransanın Strasburq şəhərində toplaşan Avropa Parlamentinin (AP) Baş Assambleyasında çıxış edib.

1 yanvardan Aİ-nin dövri sədrliyini icra edən ölkəsinin prioritetlərini "Avropanı daha yaşıl, daha təhlükəsiz və daha azad etmək" kimi ümumiləşdirən Baş nazir, “Başlanğıc nöqtəmiz və hər kəsin ilkin prioriteti Ukraynadır və elə də olmalıdır”, deyə vurğulayıb.

İsveçin digər prioritetlərinin müştərək və ardıcıl immiqrasiya siyasəti olduğunu ifadə edən Kristersson aşağıdakı qiymətləndirmələri edib:

Ən sərfəli kredit üçün müraciət et

"Aİ iqtisadi nəhəngdir. Buna baxmayaraq, biz tam iqtisadi potensialımıza çata bilmirik. Məhsuldarlığımız geridə qalır. Bugün biz tədqiqat və inkişafa ABŞ və ya Çindən xeyli az xərcləyirik və yüksək enerji qiymətləri investisiyaları Avropadan uzaqlaşdıra bilər.”

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et