Ən sürətli 5G internetinə sahib ölkələrin adları açıqlandı | Banco.az

Ən sürətli 5G internetinə sahib ölkələrin adları açıqlandı

"Opensignal" şirkətinin mütəxəssisləri dünya üzrə ən sürətli 5G internetinə sahib ölkələrin adlarını açıqlayıblar. 

Aparılan təcrübənin nəticəsində mütəxəssislər ən sürətli 5G internetinə sahib 10 ölkəni müəyyənləşdiriblər.

Siyahıda birinci yeri Səudiyyə Ərəbistanı tutur. Bu ölkədə 5G ötən ilin iyun ayında istifadəyə verilib. Hazırda bu ölkədə yükləmə sürəti 414.2 Mbps-dir. 

Cənubi Koreya orta yükləmə sürəti 312.7 Mbps-lə ikinci sırada qərarlaşıb. Qeyd edək ki, Cənubi Koreya dünyada 5G şəbəkələrinin ticari fəaliyyətinə başlayan ilk ölkədir.

Digər ölkələrin siyahısını təqdim edirik:

Tayvan (210,2 Mbps)

Kanada (178,1 Mbps)

Küveyt (171,5 Mbps)

İsveçrə (150.7 Mbps)

Hong Kong (142,8 Mbps)

Ən sərfəli kredit üçün müraciət et

Böyük Britaniya (133,5 Mbps)

Almaniya (102 Mbps)

Hollandiya (79,2 Mbps)

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et